Wednesday, May 30, 2012

Azerbaijan - Suallar ve Cavablar

Sual: YAHWEHın atributları nələrdir? YAHWEH necədir?
Cavab: Bu suala cavab verməyə çalışdığımız kimi, Xoş Xəbər odur ki, YAHWEH haqqında çox məlumat var! Bu izahı yoxlamaq istəyənlərə onu ilk növbədə əvvəldən axıra qədər oxumaq kömək edə bilər; sonra aydınlaşdırmaq üçün yenidən əvvələ qayıdıb, Kəlamdan seçilmiş ayələri axtarmaq olar. Kəlamdakı məlumat çox vacibdir. Müqəddəs Kitabın nüfuzu olmasa, bu, insan düşüncəsinin yaratdığı söz yığını ola bilər, hansı ki, hətta insan özü də YAHWEHı dərk etməkdə yanıla bilər (Əyyub 42:7). Bunu söyləməklə biz YAHWEHı kiçiltmiş olduğumuzu başa düşməliyik! Bu isə YAHWEHın iradəsinin əksinə olaraq bizim başqa YAHWEHlara ibadət etməyimizə səbəb olacaq (Çıxış 20:3-5).

Biz yalnız YAHWEHın Özünün açıqlamaq istədiyi şeyi öyrənə bilərik. YAHWEHın atribut və xüsusiyyətlərindən biri Onun “Nur” olmasıdır. Bu da Onun Özü haqqında məlumat verməsində özünü açıqlaması mənasını verir (Yeşaya 60:19, Yaqub 1:17). YAHWEHın verəcəyi istirahətə nail olmaq vədi qüvvədə ikən, bizlərdən kimsə bundan məhrum sayılmayacaq (İbranilərə 4:1). Yaradılış, Müqəddəs Kitab və bəşər olmuş Kəlam (İsa Məsih) YAHWEHın necə olduğunu öyrənməkdə bizə kömək edəcəkdir.

YAHWEH Yaradandır, biz isə Onun yaratdıqlarının bir hissəsiyik (Yaradılış 1:1, Zəbur 24:1). YAHWEH deyib ki, insan Onun surətində yaradılıb. İnsan bütün digər yaradılışlardan üstündür və ona digər yaradılışlar üzərində hökmranlıq etmək səlahiyyəti verilib (Yaradılış 1:26-28). Xilqət insanın “günaha batmasına” görə lənətlənib, lakin hələ də YAHWEHın işini özündə izhar edir (Yaradılış 3:17-18, Romalılara 1:19-20). Yaradılışın böyüklüyünə, mürəkkəbliyinə, gözəlliyinə və nizamına baxanda bizdə YAHWEHın əsrarəngizliyi haqqında fikir oyanır.

YAHWEHın bəzi adlarını oxumaq bizə YAHWEHın necəliyi barədəki axtarışımızda kömək edə bilər. Bunlar aşağıdakılardır:

Elohim - güclü, ilahi (Yaradılış 1:1)
Adonay - Rəbb, Ağa və qul arasındakı ünsiyyəti göstərir (Çıxış 4:10,13)
El Elyon - Ən Uca, güclü (Yaradılış 14:20)
El Royi - görən YAHWEH (Yaradılış 16:13)
El Şadday - Killi-İxtiyar YAHWEH (Yaradılış 17:1)
El Olam - əbədi YAHWEH (Yeşaya 40:28)
YAHWEH - “Var Olan Mənəm,” əzəldən var olan mənasındadır (Çıxış 3:13,14)
Biz YAHWEHın atributlarını tədqiq etməkdə davam edə bilərik; YAHWEH əbədidir, YAHWEHın başlanğıcı yoxdur və Onun mövcudluğu heç vaxt bitməyəcək. O ölməzdir, əzəli əbədidir (Qanunun Təkrarı 33:27; Zəbur 90:2; 1Timoteyə 1:17). YAHWEH dəyişməzdir, O tamamilə etibarlı və sədaqətlidir (Məlaki 3:6; Saylar 23:19; Zəbur 102:26,27). YAHWEH müqayisə olunmazdır, Ona və Onun işlərinə bənzər heç kim və heç nə yoxdur, O, misilsiz və kamildir (2Şamuel 7:22; Zəbur 86:8; Yeşaya 40:25; Matta 5:48). YAHWEH dərkedilməzdir, hüdudsuz və əsrarəngizdir, Onun ağlını heç kim dərk etməmişdir (Yeşaya 40:28; Zəbur 145:3; Romalılara 11:33,34).

YAHWEH ədalətlidir, O insanlara qarşı tərəfgir deyil (Qanunun Təkrarı 32:4; Zəbur 18:30). YAHWEH hər şeyə qadirdir, O güclüdür və istədiyi hər bir şeyi edə bilər. Lakin Onun əməlləri hər zaman Onun xüsusiyyətlərinə uyğundur (Vəhy 19:6; Yeremya 32:17,27). YAHWEH hər yerdədir, Onun hüzuru hər yerdədir, lakin bu o demək deyil ki, hər şey YAHWEHdır (Zəbur 139:7-13: Yeremya 23:23). YAHWEH hər şeyi biləndir, O keçmişi, indini və gələcəyi bilir, hətta hər an nə düşündüyümüzü belə bilir. O hər şeyi bildiyi üçün Onun ədaləti daim səltənət sürəcək (Zəbur 139:1-5; Süleymanın Məsəlləri 5:21).

YAHWEH yeganə Rəbbdir, Onun kimisi yoxdur. Yalnız O bizim ürəklərimizin ehtiyaclarını və arzularını bilir. Yalnız O bizim tərəfimizdən səcdəyə və ixlasa layiqdir (Qanunun Təkrarı 6:4). YAHWEH salehdir, O günahın üzərindən elə-belə keçə bilmir və keçməyəcək, bu bizim günahlarımızın bağışlanması üçün Onun salehliyindən və ədalətindən irəli gəlir. Bizim günahlarımız İsanın üzərinə qoyulduğu zaman, O YAHWEHın cəzasını yaşamışdı (Çıxış 9:27; Matta 27:45-46; Romalılara 3:21-26).

YAHWEH hökmdardır, O ən Alidir, bütün xilqət istər bilərəkdən, istərsə də bilməyərəkdən Onun məqsədlərinin qarşısını ala bilməz (Zəbur 93:1; 95:3; Yaradılış 23:20). YAHWEH Ruhdur, yəni O gözəgörünməzdir (Yəhya 1:18, 4:24). YAHWEH Üçlükdür, yəni O üç YAHWEHdan ibarətdir. Onlar gücdə və izzətdə bərabərdirlər. Fikir verin ki, Kəlamın ilk fəslində onların “adı” tək halda çəkilir, baxmayaraq ki, onlar üç ayrı Şəxsiyyətlərdir - “Ata, Oğul və Müqəddəs Ruh” (Matta 28:19; Mark 1:9-11). YAHWEH həqiqətdir, O fikrini dəyişdirmir və yalan söyləmir (Zəbur 117:2; 1Şamuel 15:29).

YAHWEH müqəddəsdir, O hər cür murdarlıqdan uzaqdır və onun düşmənidir. YAHWEH bütün şər əməlləri görür və qəzəblənir. Od adətən Kəlamda müqəddəslik rəmzi kimi göstərilir. YAHWEH od-alov kimi təsvir olunur (Yeşaya 6:3; Habaqquq 1:13; Çıxış 3:2,4,5; İbranilərə 12:29). YAHWEH mərhəmətlidir - bura Onun alicənablığı, xeyirxahlığı, mərhəməti və məhəbbəti daxildir. Bütün bunlar YAHWEHın mərhəmətinin kölgələridir. Bunlar YAHWEHın izzəti üçün olmasaydı, bizi YAHWEHdan ayırardı. Şükür ki, bu belə deyil, O hamımızı şəxsən tanımaq arzusundadır (Çıxış 34:6; Zəbur 31:19; 1Peter 1:3; Yəhya 3:16; Yəhya 17:3).

Bu YAHWEHa aid olan suallara sadə cavablardır. Xahiş edirik ki, Onun haqqında axtarışlara davam etməkdə ruhlanasınız (Yeremya 29:13).





Sual: Həyatın mənası nədir?


Cavab: Həyatın mənası nədir? Həyatda məqsədi, tamamlanmanı və məmnunluğu necə tapa bilərəm? Məndə nəyisə uzunmüddətli tamamlamaq potensialı olacaqmı? Bir çox insanlar həyatın mənasının nə olduğunu tapmağa çalışıblar. Həyatda istədikləri bir çox şeylərə nail olduqlarına baxmayaraq, onlar illər öncəyə baxıb, münasibətlərinin nə üçün belə zəiflədiyini və nə üçün belə boşluq hiss etdiklərini düşünürlər. Bir məşhur beyzbolçudan soruşdular: “İlk dəfə beyzbol oynamağa başlayanda, insanların sənə hansı sualı vermələrini istəyərdin? O isə cavab vermişdi: “İstəyərdim mənə desinlər ki, sən zirvəni fəth edəndə görəcəksən ki, orada heç nə yoxdur.” Bir çox məqsədlərin boşluğu o zaman görünür ki, ona illər sərf olunur.

Bizim humanist cəmiyyətimizdə insanlar bir çox işlərlə məşğul olurlar və bundan hansısa mənanı tapacaqlarını düşünürlər. Bu məşğuliyyətlərə daxildir: biznes uğurları, var-dövlət, yaxşı münasibətlər, seks, əyləncə, başqalarına yaxşılıq etmək və s. İnsanlar şəhadət edirlər ki, onlar var-dövlət, münasibətlər və məmnunluq əldə etsələr də, hələ də onların ürəklərində elə bir boşluq var ki, onu heç nə doldura bilmir.

Vaiz kitabının müəllifi bunu belə təsdiq edir, “Hər şey puçdur, puçdur, tamam puçdur!” Bu müəllifin ölçüyə gəlməz var-dövləti, nə öz, nə də bizim dövrümüzdə heç kimdə olmayan müdrikliyi, yüzlərlə kənizi, bir sıra padşahlıqların həsəd apara biləcəyi saray və bağları, ən yaxşı yemək və şərabları və sarayında əyləncənin hər növü var idi. O, ürəyi istədiyi hər şeyə nail olduğunu demişdi. Buna baxmayaraq, o, bir sözlə demişdi, “səma altındakı həyat” boşdur! Bu boşluğun səbəbi nədir? Çünki YAHWEH bizi hal-hazırda yaşadığımız şeylərdən daha böyük məqsəd üçün yaratmışdır. Süleyman YAHWEHa demişdi, “...YAHWEH əbədiyyəti də insanların ürəyinə qoydu.” Biz ürəyimizdə bilirik ki, həyat yalnız “indi burda” olanlardan ibarət deyil.

Müqəddəs Kitabın ilk kitabı olan Yaradılışda YAHWEHın bizi Öz surətində yaratdığını görürük (Yaradılış 1:26). Bunun mənası odur ki, biz digər şeylərdən fərqli olaraq, YAHWEHa daha çox bənzəyirik (digər həyat formalarından daha çox). Biz həm də görürük ki, bəşəriyyət günaha batmışdır və yer üzünə lənət gəlməmişdən öncə aşağıdakılar həqiqət idi: (1) YAHWEH insanı ünsiyyətcil etdi (Yaradılış 2:18-25); (2) YAHWEH insana iş verdi (Yaradılış 2:15); (3) YAHWEHın insanla ünsiyyəti var idi (Yaradılış 3:8); və (4) YAHWEH insana yer üzündə olan hər şeyə hökmranlıq etmək səlahiyyəti verdi (Yaradılış 1:26). Bu bəndlərin mənası nədir? Mən inanıram ki, YAHWEH bunları bizə verməklə həyatımızı tamamlamaq niyyətində idi, lakin bütün bunlar (xüsusilə də insanların YAHWEHla ünsiyyəti) insanın günaha düşməsinə pis təsir etdi və nəticədə yer üzü lənətləndi (Yaradılış 3).

Müqəddəs Kitabın son kitabı olan Vəhydə, axır zamanda baş verən hadisələrin sonunda YAHWEH indiki göyü və yeri məhv edəcəyini, yeni göy və yer yaradacağını açıqlayır. O zaman Rəbb xilas olmuş insanlarla Öz ünsiyyətini bərpa edəcəkdir. Bəzi insanlar cəzalandırılacaq və Odlu gölə atılacaqlar (Vəhy 20:11-15). Günahın lənəti götürüləcək; artıq nə günah, nə kədər, nə fəryad, nə ölüm, nə də ağrı olacaqdır (Vəhy 21:4). İmanlılar hər şeyi miras alacaqlar; YAHWEH onlarla səltənət sürəcək və onlar YAHWEHın övladları olacaqlar (Vəhy 21:7) Beləliklə, YAHWEH bizi Özü ilə ünsiyyət üçün yaradıb; insan günah edib, bu ünsiyyəti qırıb; YAHWEH bu ünsiyyəti Ona layiq olanlar üçün tamlığı ilə bərpa edib. İndi həyatda hər şeyə nail olsan da öldükdən sonra YAHWEHdan ayrı düşsən, bunlar hamısı faydasızdır. Lakin YAHWEH nəinki əbədi bəxtiyarlıq üçün yol açıb (Luka 23:43), lakin indiki həyatımızın da mənalı və qənaətbəxş olmasını təmin edib. Bəs indi bu əbədi bəxtiyarlığı və “yer üzərində olan cənnəti” necə əldə etmək olar?

İSA MƏSİH VASİTƏSİLƏ BƏRPA OLUNMUŞ HƏYATIN MƏNASI

Yuxarıda qeyd olunduğu kimi, həm indiki vaxtın, həm də əbədiyyətin mənası özünü YAHWEHın insanlarla olan ünsiyyəti bərpasında tapır, hansı ki, Adəm və Həvvanın vaxtında günaha batmaq vasitəsilə itirilmişdi. Bu gün, YAHWEHla həmin ünsiyyət Onun Oğlu, İsa Məsih vasitəsilə mümkündür (Həvarilərin İşləri 4:12; Yəhya 14:6; Yəhya 1:12). Əbədi həyat bir kəsin öz günahlarından tövbə etdiyi zaman qazanılır (bir daha günahda yaşamaq istəməyən, İsa Məsihin onu dəyişməsini və yeni məxluq etməsini istəyən kəsin) və İsa Məsihə Xilaskar kimi etibar etməkdən başlayır (əlavə məlumat üçün “Xilas planı nə deməkdir?” sualına bax).

İndiki real həyat özünü İsa Məsihə Xilaskar kimi inanmaqda tapmır. Həyatın real mənası özünü İsanın şagirdi kimi Məsihi izləməkdə, Ondan öyrənməkdə, Onun Kəlamı olan Müqəddəs Kitabla vaxt keçirməkdə, Onunla duada birləşməkdə və əmrlərinə itaətdə tapır. Əgər sən iman etməmisənsə, (yaxud yeni imanlısansa) yəqin ki, özünə bu sualı verirsən, “Bu çox da cəlbedici səslənmir!” Lakin zəhmət olmasa bir az daha oxu. İsa aşağıdakı fikirləri deyib:

“Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür” (Matta 11:28-30). “Mən isə gəldim ki, qoyunlarımda həyat, bol həyat olsun” (Yəhya 10:10b). “Kim ardımca gəlmək istəyirsə, özünü inkar etsin və çarmıxını götürüb Məni izləsin. Çünki kim canını xilas etmək istərsə, onu itirəcək; amma kim canını Mənim uğrumda itirsə, onu qazanacaqdır” (Matta 16:24-25). “Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq” (Zəbur 37:4).

Bu ayələr onu demək istəyir ki, bizim seçimimiz var. Biz öz həyatımızı idarə etməyi davam edə bilərik (nəticəsi isə boş həyat yaşamaqdır) yaxud biz YAHWEHı izləməyi və bütün qəlbimizlə Onun həyatımız üçün olan iradəsini seçə bilərik (nəticədə mənalı həyat yaşaya, ürəyimizin arzularına çata bilərik və razılıq və məmnunluq taparıq). Bu belədir, çünki bizim Yaradanımız bizi sevir və bizim üçün ən yaxşısını arzulayır (asan həyat yox, lakin mənalı həyat).

Sonda mən bir pastor dostumdan götürdüyüm analogiya ilə bölüşmək istəyirəm. Əgər sən idmanı sevirsənsə və peşəkar idmançı olmağı qərara almısansa, onda sən qanayan burunla stadionun ən axrıncı cərgəsindəki oturacağı əldə edəcək yaxud da yüz dollarlarından keçib, ayağa qalxıb oyuna qoşulmalısan. Məsihçi həyatı da belədir. YAHWEHın işini öz təcrübəsindən keçirmək Rəbbin Günü məsihçiləri üçün deyil. Onlar bunun dəyərini ödəmirlər. YAHWEHın işini öz təcrübəsindən keçirən şəxs bütün ürəyilə Məsihin şagirdi olan və öz arzularını deyil, YAHWEHın məqsədlərini izləməyi qərara alan şəxsdir. Onlar bunun dəyərini ödəmişlərdir; onlar həyatı təcrübədən keçirmiş, özləri ilə üz-üzə qalmış və öz Yaradanlarını heç bir təəssüf etmədən izləyənlərdir! Sən bunun bahasını ödəmisənmi? Ödəmək niyyətindəsənmi? Əgər belədirsə, sən artıq məna və ya məqsəd axtarışında olmayacaqsan.
 






Sual: Müqəddəs Kitab həqiqətən YAHWEHın Sözüdürmü?

Cavab: Bu suala olan cavabımız yalnız bizim Müqəddəs Kitaba olan baxışımızı və həyatımızdakı vacibliyini müəyyən etməyəcək, lakin həmçinin nəticə etibarı ilə bizim üzərimizdə əbədi təsiri olacaq. Əgər Müqəddəs Kitab həqiqətən YAHWEHın Sözüdürsə, onda biz ona ümid bəsləməli, öyrənməli, tabe olmalı və inanmalıyıq. Əgər Müqəddəs Kitab YAHWEHın Sözüdürsə, deməli biz onu özümüzdən uzaqlaşdırsaq, YAHWEHın Özünü uzaqlaşdırmış oluruq.

YAHWEHın Müqəddəs Kitabı bizə verməsi faktı Onun bizə olan məhəbbətinin sübutu və təsviridir. “Vəhy” ifadəsinin mənası - YAHWEHın bəşəriyyətə Özünün necəliyini göstərməsi və Onunla necə düzgün ünsiyyətdə olmaq üçün əlaqə yaratmasıdır. YAHWEH bu şeyləri bizə ilahi yolla Müqəddəs Kitabda açıqlamasaydı, biz bunları bilməzdik. Baxmayaraq ki, YAHWEHın Özünü açıqlaması vəhyi Müqəddəs Kitabda təxminən 1500 il ərzində verilmişdir, O hər zaman insanın YAHWEHla düzgün ünsiyyətdə olması üçün YAHWEHı tanımağa ehtiyacı olduğunu bildirmişdir.

Bizim özümüzə verməli olduğumuz sual budur: mən Müqəddəs Kitabın sadəcə yaxşı bir kitab deyil, YAHWEHın Sözü olduğunu necə öyrənə bilərəm? Müqəddəs Kitabı bu günə qədər yazılmış digər ruhani kitablardan fərqləndirən qeyri-adiliyi nədədir? Müqəddəs Kitabın həqiqətən YAHWEHın Sözü olduğuna dair hansısa sübut varmı? Əgər biz Müqəddəs Kitabın YAHWEHın Sözü olub-olmadığını dəqiqliklə yoxlasaq, bizdə bu tip suallar yaranacaq. Müqəddəs Kitab ruhdan ilhamlanmış, iman etmək və təcrübədən keçirmək üçün tamamilə kifayət edən YAHWEHın həqiqi Sözüdür.

Müqəddəs Kitabın YAHWEHın Sözü olması faktına heç bir şübhə olmamalıdır. Bu 2 Timoteyə 3:15-17-də aşkar görünür, “Müqəddəs Yazıları da uşaqlıqdan etibarən bilirsən. Bu Yazılar, Məsih İsaya iman vasitəsilə sənə xilas gətirən hikməti verməyə qadirdir. Hər Müqəddəs Yazı YAHWEHdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, YAHWEH bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin.”

Bu suallara cavab vermək üçün biz Müqəddəs Kitabın YAHWEHın Sözü olması barəsindəki daxili və xarici sübutlara nəzər salmalıyıq. Daxili sübutlar o sübutlardır ki, Müqəddəs Kitab özü-özünün müqəddəsliyinə şəhadət edir. Müqəddəs Kitabın həqiqətən YAHWEHın Sözü olmasına dair ilk daxili sübut onun birliyidir. Müqəddəs Kitab 66 ayrı-ayrı kitabdan ibarətdir. O üç kontinendə, üç ayrı dildə, təxminən 1500 il ərzində və 40-dan çox müəllif (müxtəlif həyat tərzinə malik olan insanlar) tərəfindən yazılmasına baxmayaraq, başlanğıcdan sonadək yeganə bir kitab kimi qalıb. Bu nadir birlik Müqəddəs Kitabı digər kitablardan fərqləndirir və sübut edir ki, bu kitab YAHWEHın idarə etdiyi və ilhamlandırdığı insanlar tərəfindən yazılıb.

Müqəddəs Kitabın həqiqətən YAHWEHın Sözü olduğunu göstərən digər daxili sübut, onun peyğəmbərliklərdən ibarət olmasıdır. Müqəddəs Kitabda, İsrail də daxil olmaqla, hər hansı bir xalqın gələcəyi, müəyyən bir şəhərin gələcək aqibəti, bəşəriyyətin gələcəyi, Məsihin yer üzündə doğulması və yalnız İsrailin deyil, bütün Ona iman edənlərin Xilaskarı olacağı haqqındakı peyğəmbərliklər təfərrüatı ilə verilmişdir. Digər ruhani kitablardan - Nostradamusun peyğəmbərliklərindən fərqli olaraq, biblik peyğəmbərliklər təfərrüatı ilə verilmiş və həmişə həyata keçmişdir. Təkcə Əhdi-Ətiqdə İsa Məsihlə əlaqədar olan 300-dən çox peyğəmbərliklər var. Yalnız onun doğulması və hansı ailədən gələcəyi haqqında deyil, həmçinin onun ölməsi və üç gündən sonra dirilməsi haqqında məlumatlar da qabaqcadan deyilmişdir. Müqəddəs Kitabın YAHWEHdan olduğunu izah etmək üçün həyata keçmiş peyğəmbərliklərdən başqa məntiqi yol yoxdur. Heç bir başqa ruhani kitablarda Müqəddəs Kitabda olduğu kimi qabaqcadan söylənmiş peyğəmbərliklər mərhələlərlə verilməyib.

Müqəddəs Kitabın ilahiliyinin üçüncü daxili sübutu onun səlahiyyəti və gücüdür. Bu əvvəlki iki daxili sübutdan daha fərdi olduğu üçün, Müqəddəs Kitabın ilahiliyinə daha güclü şəhadətdir. Müqəddəs Kitab bu günə qədər yazılmış bütün kitablardan fərqli olaraq nadir səlahiyyətə malikdir. Bu səlahiyyət və güc özünü Müqəddəs Kitabı oxumaqla saysız həyatların dəyişilməsində göstərir. Müqəddəs Kitabı oxumaqla narkotik maddələrə alüdə olan insan şəfa tapır, homoseksual azad olur, atılmışlar, əldən düşmüşlər və qatı cinayətkarlar Onun vasitəsilə dəyişilir, günahkarlar məzəmmət olunur, nifrət məhəbbətə çevrilir. O təsiredici və dəyişdirici qüvvəyə malikdir, çünki O həqiqətən YAHWEHın Sözüdür.

Müqəddəs Kitabın həqiqətən YAHWEHın Kəlamı olmasına dair daxili sübutlardan başqa xarici sübutlar da var. Bu sübutlardan biri Müqəddəs Kitabın tarixiliyidir. Çünki Müqəddəs Kitabdakı tarixi hadisələrin detallarının həqiqiliyi və düzlüyü onu başqa tarixi sənədlərdən fərqləndirən sübutdur. Arxeoloji sübutlar və digər yazılı sənədlər vasitəsilə onun həqiqiliyi və düzlüyü dəfələrlə sübut olunmuşdur. Yeri gəlmişkən, bütün arxeoloji sübutlar və əlyazmalar Müqəddəs Kitabın qədim dünyadan olan ən yaxşı sənədləşdirilmiş kitab olduğunu müdafiə edir. Müqəddəs Kitabdakı tarixi hadisələrin dəqiqliyi onun həqiqiliyinə işarədir. Bu ruhani mövzu və doktrinlərə nəzərən onun həqiqətən YAHWEHın Sözü olduğunu sübut edir.

Müqəddəs Kitabın həqiqətən YAHWEHın Sözü olduğuna dair xarici sübutlardan biri də onun müəlliflərinin qətiyyətidir. Əvvəldə qeyd olunduğu kimi, YAHWEH Öz Sözünü bizə çatdırmaq üçün müxtəlif həyat tərzinə malik olan insanlardan istifadə etmişdir. Bu müəlliflərin həyatları haqqında oxuyarkən onların düzgün və səmimi olmadıqlarına inanmaq üçün heç bir səbəb yoxdur. Onların həyatlarına və inandıqları şeyə görə ölməyə hazır olmaları faktına nəzər saldıqda, dərhal bu sadə və səmimi insanların YAHWEHın onlarla həqiqətən danışdığına inandıqları məlum olur. Əhdi-Cədidin müəllifləri və yüzlərlə digər imanlılar öz mesajlarının həqiqiliyini bilirlər, çünki Onlar İsa Məsihi ölüb diriləndən sonra görmüş və Onunla vaxt keçirmişdilər (1 Korinflilərə 15:6). Məsihin dirilməsinin şahidi olmaq bu insanların həyatında çox böyük təkan olmuşdu. Müəlliflər YAHWEHın onlara açıqladığı açıqlamalara görə ölməyə də hazır idilər. Onların həyatı və ölümü Müqəddəs Kitabın həqiqətən YAHWEHın Sözü olduğuna sübutdur.

Müqəddəs Kitabın həqiqətən YAHWEHın Sözü olduğuna dair sonuncu xarici sübut Müqəddəs Kitabın pozulmazlığıdır. Bu səbəbdən də o tarixdəki bütün kitablardan daha çox yanlış tənqidlərə məruz qalır və onu məhv etməyə cəhd göstərirlər. Müqəddəs Kitab - Roma imperatoru Diokletiandan tutmuş kommunist diktatorları və müasir günün ateistlərinə qədər onların tənqidlərinə müqavimət göstərmiş və davam gətirmişdir, bu günə qədər də dünyada ən çox çap olunan kitabdır.

Tarixboyu skeptiklər Müqəddəs Kitabın mifologiya olduğunu demişlər, lakin arxeologiya onun tarixiliyini təsdiqləmişdir. Tənqidçilər onun təlimini primitiv və köhnəlmiş hesab etmişdilər, lakin onun təlimi, mənəvi və qanuni anlayışları bütün dünya ictimaiyyətinə və mədəniyyətlərinə müsbət təsir etmişdir. O hələ də bir çox alimlər, psixoloqlar və siyasi hərəkatlar tərəfindən tənqidə məruz qalsa da, öz dəqiqliyini və müvafiqliyini yazıldığı ilk gündə olduğu kimi, bu gün də saxlamaqdadır. Bu kitab 2000 il ərzində saysız insanların həyat və mədəniyyətlərini dəyişmiş kitabdır. Tənqidçilər onu məhv etmək və nüfuzdan salmaq istəsələr də, o, hücumdan əvvəl olduğu kimi öz güclülüyünü, həqiqiliyini və müvafiqliyini qoruyub saxlamışdır. Ona olan bütün hücumlar şəhadət edir ki, o həqiqətən YAHWEHın Sözüdür. Hücumlara məruz qalmasına baxmayaraq, onun dəyişilməz və toxunulmaz qalması bizi təəccübləndirməməlidir. Bütün bunlara baxmayaraq, İsa deyib, “Göy və yer keçib gedəcək, amma Mənim sözlərim keçib getməyəcəkdir” (Mark 13:31). Sübutlara baxandan sonra hər kəs şübhəsiz deyə bilər: “Bəli, Müqəddəs Kitab həqiqətən YAHWEHın Sözüdür.”






Sual: İsa YAHWEHdır? İsa Özünü YAHWEH etmək istəyirdi?

Cavab: Müqəddəs Kitabda İsanın birbaşa “Mən YAHWEHam” deməsi barədə heç nə yazılmayıb. Lakin bu o demək deyil ki, O YAHWEH olduğunu elan etməyib. Misal üçün İsanın Yəhya 10:30-da dediyi sözləri götürək, “Mən və Ata birik.” İlk baxışdan bu İsanın YAHWEH olduğunu təsdiqləməyə bilər. Buna baxmayaraq, yəhudilərin onun bəyanatına olan reaksiyasına bax, “Səni yaxşı işə görə deyil, küfr etdiyin üçün və Sən insan ikən Özünü YAHWEH etdiyinə görə daşa basırıq” (Yəhya 10:33). Yəhudilər İsanın YAHWEH olması bəyanatını təsdiqlədiyini başa düşdülər. Növbəti ayələrdə, “Mən Özümü YAHWEH etmirəm” sözlərini deməklə, İsa heç vaxt yəhudilərin səhvini düzəltmədi. Bu İsanın YAHWEH olduğuna işarə edir, “Mən və Ata birik” (Yəhya 10:30). Yəhya 8:58 isə başqa bir misaldır. İsa bəyan etdi, “Sizə doğrusunu, doğrusunu deyirəm: İbrahim olmazdan əvvəl Mən varam!” Yenə də cavabında yəhudilər İsanı daşlamağa cəhd göstərdilər (Yəhya 8:59). Əgər İsa Özünün YAHWEH olduğunu elan etmirdisə, onda nə üçün yəhudilər onu daşlamaq istəyirdilər?

Yəhya 1:1 deyir, “Kəlam YAHWEH olub.” Yəhya 1:14 deyir, “Kəlam bəşər olub.” Bu açıq-aydın İsanın bədəndə olan YAHWEH olmasının əlamətləridir. Həvarilərin İşləri 20:28 bizə deyir, “...Rəbbin və YAHWEHın cəmiyyətini, Öz qanı bahasına əldə etdiyi cəmiyyəti güdün.” Öz qanı bahasına cəmiyyəti alan kimdir? İsa Məsih. Həvarilərin İşləri 20:28 bəyan edir ki, YAHWEH cəmiyyəti Öz qanı bahasına əldə edib. Ona görə də İsa YAHWEHdır!

İsanın şagirdi olan Toma İsa ilə əlaqədar demişdi, “Rəbbim və YAHWEHım!” (Yəhya 20:28) İsa onun səhvini düzəltmədi. Titus 2:13 bizi Böyük YAHWEH və Xilaskarımız Məsih İsanın zühurunu gözləməkdə ruhlandırır (bax 2Peter 1:1). İbranilərə 1:8-də Ata İsaya müraciətində deyir, “Oğlu haqqında isə bunları deyir: “Ey YAHWEH, taxtın əbədi və daimidir, və Səltənətinin əsası haqqa istinad edən əsadır.”

Vəhy kitabında mələk həvari Yəhyanı yalnız YAHWEHa səcdə etməyə yönəldir (Vəhy 19:10). Kəlamda İsa bir neçə dəfə səcdəni qəbul edib (Matta 2:11; 14:33; 28:9,17; Luka 24:52; Yəhya 9:38). O heç vaxt insanları Ona səcdə etdiklərinə görə məzəmmət etməyib. Əgər İsa YAHWEH olmasaydı, O Vəhy kitabındakı mələyin etdiyi kimi insanlara Ona səcdə etməməyi deyərdi. Kəlamda İsanın YAHWEHlığını sübut edən bir çox ayələr və fəsillər var.

Ən vacib səbəb odur ki, İsa YAHWEH olmasaydı, bütün dünyanın günahlarının cəzasını götürməzdi (1Yəhya 2:2). Yalnız YAHWEH belə əbədi cəzanı götürə bilərdi. Yalnız YAHWEH dünyanın günahlarını götürə (2Korinflilərə 5:21), günah və ölüm üzərindəki qələbəsini sübut edərək ölə və dirilə bilərdi.






Sual: İsa Məsih kimdir?

Cavab: İsa Məsih kimdir? “YAHWEH mövcuddurmu?” sualından fərqli olaraq, çox az adam İsa Məsih mövcuddurmu sualını verir. Ümumiyyətlə, İsa Məsihin 2000 il bundan əvvəl insan olub, yer üzündə İsraildə olması qəbul olunub. Mübahisə İsa Məsihin kimliyi haqqında müzakirə ediləndə başlayır. Demək olar ki, dinlərin əksəriyyəti İsa Məsihin peyğəmbər, yaxşı müəllim və ya YAHWEH adamı olduğunu öyrədirlər.

K.S. Lüis “Həqiqi Məsihçilik” kitabında yazır: “Mən burada insanların tez-tez Onun [İsa Məsihin] haqqında dediyi səfeh deyimlərin qarşısını almağa çalışıram: “Mən İsanı yaxşı əxlaqi müəllim kimi qəbul etməyə hazıram, lakin mən Onun YAHWEH olması iddiasını qəbul etmirəm.” Biz bunu deməməliyik. Adi insan olan və bu cür sözləri deyən sadəcə yaxşı əxlaqi müəllim ola bilməzdi. O ya dəli olmalı idi - ona bişməmiş yumurta deyən insanın səviyyəsində olmalıydı - ya da cəhənnəmin iblisi olmalı idi. Sən Onu susdura, Ona tüpürə və iblis kimi Onu öldürə bilərsən; yaxud Onun ayaqlarına düşə və Ona Rəbb və YAHWEH deyə bilərsən.

Beləliklə, İsa kim olduğunu təsdiqləyirdimi? Bəs Müqəddəs Kitab Onun kim olduğu haqda deyirmi? Birinci, gəlin İsanın Yəhya 10:30-da dediyi sözlərə baxaq, “Mən və Ata birik.” İlk baxışdan bu İsanın YAHWEH olduğunu təsdiqləməyə bilər. Buna baxmayaraq, yəhudilərin Onun bəyanatına olan reaksiyasına bax, “Səni yaxşı işə görə deyil, küfr etdiyin üçün və Sən insan ikən Özünü YAHWEH etdiyinə görə daşa basırıq” (Yəhya 10:33). Yəhudilər İsanın YAHWEH olması bəyanatını təsdiqlədiyini başa düşdülər. Növbəti ayələrdə “Mən Özümü YAHWEH etmirəm” sözlərini deməklə İsa heç vaxt yəhudilərin səhvini düzəltmədi. Bu İsanın YAHWEH olduğuna işarə edir, “Mən və Ata birik” (Yəhya 10:30). Yəhya 8:58 isə başqa bir misaldır. İsa elan etdi, “Sizə doğrusunu, doğrusunu deyirəm: İbrahim olmazdan əvvəl Mən varam.” Yenə də cavabında yəhudilər İsanı daşlamağa cəhd göstərdilər (Yəhya 8:59). İsa Öz kimliyini “Var Olan Mənəm” kimi elan etdi ki, bu da birbaşa Əhdi-Ətiqdə YAHWEHın adıdır (Çıxış 3:4). ). Əgər İsa Özünün YAHWEH olduğunu elan etmirdisə, onda nə üçün yəhudilər onu daşlamaq istəyirdilər?

Yəhya 1:1 deyir, “Kəlam YAHWEH olub.” Yəhya 1:14 deyir, “Kəlam bəşər olub.” Bu açıq-aydın İsanın bədəndə olan YAHWEH olduğuna işarə edir. İsanın şagirdi olan Toma İsa ilə əlaqədar demişdi, “Rəbbim və YAHWEHım” (Yəhya 20:28). İsa onun səhvini düzəltmədi. Həvari Pavel Onu “...Böyük YAHWEH və Xilaskarımız Məsih İsa” kimi təsvir edir (Titus 2:13). Həvari Peter də eyni şeyi deyir, “...YAHWEH və Xilaskarımız İsa Məsih” (2Peter 1:1). YAHWEH Onun kimliyinə tam şahiddir. Lakin “Oğlu haqqında isə bunları deyir: “Ey YAHWEH, taxtın əbədi və daimidir, və Səltənətinin əsası haqqa istinad edən əsadır.” Əhdi-Ətiq peyğəmbərləri Onun YAHWEHlığı haqqında xəbər verir, “Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli YAHWEH, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı olacaq.”

Beləliklə, K.S. Lüis mübahisə edir ki, İsa Məsihə yaxşı müəllim kimi inanmaq seçim deyil. İsa aydın və inkar olunmaz şəkildə Özünün YAHWEH olduğunu təsdiqləyir. Əgər O YAHWEH deyilsə, onda O yalançıdır, heç peyğəmbər, yaxşı müəllim və YAHWEH adamı da deyil. İsanın sözlərini inkar etməyə təşəbbüs göstərən müasir “alimlər” “həqiqi tarixi İsanın” Müqəddəs Kitabın Onun haqqında yazdıqlarından bir çox şeyi demədiyini deyirlər. Biz kimik ki, İsanın nə deyib-demədiyi haqqında YAHWEHın Kəlamı ilə mübahisə edək. “Alimlər” bunu Onunla birgə yaşayanlardan, Onunla xidmət edənlərdən və Onun öyrətdiyi adamlardan yaxşı necə görə bilər (Yəhya 14:26).

Nə üçün İsanın həqiqi kimliyi haqqındakı sual bu qədər vacibdir? İsanın YAHWEH olub-olmaması nə məna verir? Ən vacib səbəb odur ki, İsa YAHWEH olmasaydı, bütün dünyanın günahlarının cəzasını götürməzdi (1Yəhya 2:2). Yalnız YAHWEH belə əbədi cəzanı götürə bilərdi (Romalılara 5:8; 2Korinflilərə 5:21). İsa bizim borclarımızı ödəmək üçün YAHWEH olmalı idi. İsa ölə bilmək üçün YAHWEH olmalı idi. Xilas yalnız İsa Məsihə iman edənlər üçün mümkündür. İsanın Xilasa yeganə yol olması Onun YAHWEHlığını sübut edir. İsa elan etdi, “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” (Yəhya 14:6).







Sual: Xilas planı nə deməkdir?

Cavab: Acsanmı? Sənin fiziki yox, həyatla bağlı nəyəsə aclığın varmı? Daxilində nəyinsə çatışmadığını hiss edirsənmi? Əgər belədirsə, İsa yoldur! İsa deyib, “Mən həyat çörəyiyəm, Mənim yanıma gələn əsla acmaz və Mənə iman edən əsla susamaz” (Yəhya 6:35).

Çaşqın vəziyyətdəsənmi? Həyatda yol və məqsəd tapa bilmisənmi? Sənə elə gəlmirmi ki, kimsə işıqları söndürüb və sən onu yandıra bilmirsən? Əgər belədirsə, İsa yoldur! İsa xitab etdi, “Mən dünyanın Nuruyam; Mənim ardımca gələn qaranlıqda yeriməyəcək və onda həyat nuru olacaq (Yəhya 8:12).

Sənə elə gəlirmi ki, bağlı yerdə qalmısan? Arxasında boşluq və mənasızlıq olan bir çox qapıları açmağa çalışmısanmı? Dolğun bir həyata daxil olmaq istəyirsənmi? Əgər belədirsə, İsa yoldur! İsa bəyan etdi, “Mən qapıyam. Əgər bir kimsə Məndən girərsə, xilas olar; girər, çıxar və otlaq tapar” (Yəhya 10:9).

İnsanlar həmişə səni məyus edirmi? Ünsiyyətlərin səthi və boşdurmu? Sənə elə gəlirmi ki, hamı səndən istifadə etmək istəyir? Əgər belədirsə, İsa yoldur! İsa deyib, “Mən yaxşı çobanam; yaxşı çoban qoyunlar uğrunda canını verər... Yaxşı çoban Mənəm; Mənimkiləri tanıyıram” (Yəhya 10:11, 14).

Sən bu həyatdan sonra nələrin baş verdiyini bilmək istəyirsənmi? Çürüyən və paslanan şeylərdən ötrü yaşamaqdan bezmisənmi? Bəzən həyatın mənasının olub-olmaması haqqında şübhələrin olurmu? Öləndən sonra yenə də yaşamaq istərdinmi? Əgər belədirsə, İsa yoldur! İsa bəyan etdi, “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar; Və kim yaşayıb Mənə iman edərsə, əsla ölməz (Yəhya 11:25-26).

Yol nədir? Həqiqət nədir? Həyat nədir? İsa cavab verdi, “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” (Yəhya 14:6).

Sənin hiss etdiyin aclıq ruhani aclıqdır və onu yalnız İsa doydura bilər. İsa qaranlığı götürə biləcək yeganə Varlıqdır. İsa gözəl həyata qapıdır. İsa sənin axtardığın dost və çobandır. İsa həyatdır - bu dünyada da, o biri dünyada da. İsa xilasın yoludur!

Aclığının, özünü qaranlıqda itmiş hiss etməyinin və hayatda heç bir məna tapa bilməməyinin səbəbi YAHWEHdan ayrı düşməyindir. Müqəddəs Kitab bizə deyir ki, biz hamımız günah işlətmişik və ona görə də YAHWEHdan ayrı düşmüşük (Vaiz 7:20; Romalılara 3:23). Ürəyində hiss etdiyin boşluq YAHWEHı itirməyindəndir. Biz YAHWEHla ünsiyyətdə olmaq üçün yaradılmışıq. Günahlarımızın nəticəsində bu ünsiyyətdən ayrı düşmüşük. Ən dəhşətlisi isə odur ki, günah bizim əbədi olaraq - həm bu dünyada, həm də o biri dünyada YAHWEHdan ayrı düşməyimizlə nəticələnəcək (Romalılara 6:23; Yəhya 3:36).

Bu problem necə həll oluna bilər? İsa yoldur! İsa bizim günahlarımızı öz üzərinə götürüb (2Korinflilərə 5:21). İsa bizim layiq olduğumuz cəzanı götürüb, əvəzimizə öldü (Romalılara 5:8). Üç gün sonra günah və ölüm üzərində öz qələbəsini sübut edərək, ölülərdən dirildi (Romalılara 6:4-5). Nə üçün O bunu etdi? İsa Özü bu suala cavab verdi, “Heç kimdə, bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət yoxdur” (Yəhya 15:13). İsa öldü ki, biz yaşaya bilək. Əgər İsanın bizim günahlarımızın əvəzini ödəmək üçün öldüyünə iman etsək - bütün günahlarımız bağışlanar və yuyular. O zaman bizim ruhani aclığımız doydurular. İşıqlar yanar. Bizim dolğun həyatımız olar. Biz həqiqi yaxşı dostumuzu və yaxşı çobanımızı tanıyarıq. Dünyamızı dəyişdikdə göylərdə İsa Məsihlə birgə əbədi həyatımızın olduğunu biləcəyik!

“Çünki YAHWEH dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16).

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.







Sual: Ölümdən sonra həyat varmı?

Cavab: Ölümdən sonra həyat varmı? Müqəddəs Kitab bizə deyir, “Qadından doğulan insanın ömrü azdır, həyatı sıxıntı ilə doludur. Çiçək kimi açar, solar, kölgə kimi keçib gedər. İnsan ölsə, dirilərmi?” (Əyyub 14:1-2, 14).

Əyyub kimi bir çoxlarımız bu sual barədə götür-qoy edirik. Biz öləndən sonra bizimlə nə baş verir? Bizim sadəcə ömrümüz bitir? Həyat, öldükdən sonra yenidən dünyaya qayıtmaq üçün insan əzəmətini göstərən fırlanan qapıdırmı? Hamı eyni yerə gedir, yoxsa biz müxtəlif yerlərə gedirik? Həqiqətən cənnət və cəhənnəm mövcuddurmu, yoxsa bu sadəcə insan düşüncəsinin məhsuludur.

Müqəddəs Kitab bizə deyir ki, nəinki ölümdən sonra həyat var, hətta heyranedici əbədi həyat var, “YAHWEHın Onu sevənlər üçün hazırladığı şeyləri nə göz görmüş, nə qulaq eşitmiş və nə də insanın ürəyi düşünmüşdür (1Korinflilərə 2:9). Bədəndə gəlmiş YAHWEH olan İsa Məsih gəldi ki, bizə əbədi həyat ənamını versin. “Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq” (Yeşaya 53:5).

İsa bizim hər birimizin layiq olduğu cəzanı götürdü və Öz həyatını qurban verdi. Üç gündən sonra Ruh və bədəndə dirilməsi ilə ölüm üzərindəki qələbəsini sübut etdi. O yer üzündə qırx gün qaldı və göydəki əbədi evinə qayıtmamışdan əvvəl minə yaxın insana göründü. Romalılara 4:25 deyir, “İsa bizim təqsirlərimiz üçün təslim olundu və bizim saleh sayılmağımız üçün dirildildi.”

Həvari Pavel insanları, şahidlərə bunun həqiqiliyi barədə sual verməyə çağırırdı, lakin heç kim onun həqiqiliyi haqqında mübahisə edə bilmirdi. Dirilmə məsihçi imanının künc daşıdır, çünki İsa ölülərdən dirildi, biz də diriləcəyimiz barədə imana malik ola bilərik.

Pavel buna inanmayan bəzi ilkin imanlıları məzəmmət edirdi: “Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülərdən dirildi, sizlərdən bəziləri ölülərdən dirilmənin olmadığını necə söyləyə bilər? Əgər ölülərdən dirilmə yoxdursa, Məsih də dirilməmişdir” (1Korinflilərə 15:12-13).

Məsih həyata yenidən gələnlərin ilk nümunəsi olaraq, ölülərdən dirildi. Fiziki ölüm bir insan, Adəm vasitəsilə gəldi, hansı ki, biz hamımız ona bağlıyıq. YAHWEHın ailəsinə İsa Məsihə iman vasitəsilə övladlığa götürülən hər bir kəsə yeni həyat veriləcəkdir (1Korinflilərə 15:20-22). YAHWEH İsanın bədənini diriltdiyi kimi, İsa qayıdanda bizim də bədənimizi dirildəcəkdir (1Korinflilərə 6:14).

Baxmayaraq ki, sonda biz hamımız diriləcəyik, lakin hamımız cənnətə getməyəcəyik. Əbədiyyət üçün haraya gedəcəyi barədə seçimi hər bir insan bu dünyada etməlidir. Müqəddəs Kitab deyir ki, hər bir insan bir dəfə ölür, ondan sonra isə mühakimə olunur (İbranilərə 9:27). Salehlər cənnətdə əbədi həyata göndəriləcək, imansızlar isə cəhənnəmdə əbədi əzaba düçar olacaqlar (Matta 25:46).

Cəhənnəm, cənnət kimi, nəinki mövcuddur, fəqət əbədi və həqiqi olan bir yerdir. Bu elə bir yerdir ki, günahkarlar orada YAHWEHın sonsuz, əbədi qəzəbinə məruz qalacaqlar. Onlar emosional, psixoloji və fiziki işgəncəyə tab gətirəcək və şüurlu şəkildə rüsvayçılıq, peşmançılıq və nifrətdən əziyyət çəkəcəklər.

Cəhənnəm dibsiz dərinlik (Luka 8:31, Vəhy 9:1), odlu və kükürdlü göl kimi təsvir olunub ki, oranın da sakinləri gecə və gündüz durmadan işgəncə çəkəcəklər (Vəhy 20:10). Orada ağlaşma və diş qıcırtma olacaqdır ki, bu da böyük kədərin və qəzəbin göstəriciləridir (Matta 13:42). Cəhənnəm “qurdu ölməz və atəşi sönməz” bir yerdir (Matta 9:48). YAHWEH pis adamların ölümündən zövq almır, əksinə onların pis yollarından dönüb yaşamalarını arzu edir (Yezekel 3:11). Lakin o bizi itaət etməyə məcbur etmir; əgər biz onu inkar ediriksə, Onun bizə istədiyimiz şeyi verməkdə çox az seçimi qalır - Ondan ayrı yaşamaq.

Yer üzündəki həyat imtahandır - gələcəkdə olanlara hazırlıqdır. İmanlılar üçün bu bilavasitə YAHWEHın hüzurunda əbədi həyatdır. Beləliklə, biz necə saleh ola və əbədi həyatı əldə edə bilərik? Ancaq bir yol var - YAHWEHın Oğlu İsa Məsihə iman vasitəsilə. İsa dedi, “Dirilmə və həyat Mənəm; Mənə iman edən ölsə də yaşayar; və kim yaşayıb Mənə iman edərsə, əsla ölməz...” (Yəhya 11:25-26)

Əbədi həyat ənamı hamı üçündür, lakin bu dünyəvi zövqləri inkar etməyi və özümüzü YAHWEHa həsr etməyi tələb edir. “Oğula iman edənin əbədi həyatı vardır; lakin Oğula itaət etməyən, həyat görməyəcəkdir, YAHWEHın qəzəbi onun üzərində qalacaqdır” (Yəhya 3:36). Dünyamızı dəyişdikdən sonra günahlarımızdan tövbə etmək imkanı olmayacaq, çünki biz YAHWEHla üz-üzə olacağıq və artıq bizdə ona iman etmək seçimi qalmayacaq. O istəyir ki, biz indi imanla Onun yanına gələk və Onu sevək. Əgər biz İsa Məsihin YAHWEHa qarşı günahlı üsyanımızın əvəzini ödəmək üçün öldüyünü qəbul etsək, yalnız bu dünyada dolğun həyatımızın olacağına deyil, fəqət Məsihin hüzurunda əbədi həyata malik olacağımıza zəmanət verilir.

Əgər sən İsa Məsihi Xilaskar kimi qəbul etmək istəyirsənsə, burada bir dua nümunəsi var. Yadda saxla ki, bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “YAHWEHım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. İsanı öz şəxsi Xilaskarım kimi qəbul edirəm! Sənin ecazkar lütfünə və əfvinə - əbədi həyat ənamına görə çox minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.







Sual: Ölümdən sonra nə baş verir?

Cavab: Ölümdən sonra nə baş verir sualı çaşdırıcı ola bilər. Müqəddəs Kitab insanın son əbədi taleyini nə zaman əldə etdiyini açıq izah etmir. Müqəddəs Kitab bizə deyir ki, insan öldüyü andan Məsihə şəxsi Xilaskarı kimi iman edib-etməməsindən asılı olaraq, cənnətə və ya cəhənnəmə aparılır. İmanlılar üçün ölüm bədəndən ayrılmaq və Rəbblə olmaqdır (2 Korinflilərə 5:6-8; Filipililərə 1:23). İmansızlar üçün isə ölüm cəhənnəmdə əbədi cəza çəkməkdir (Luka 16:22-23).

Ölümdən sonra nə baş verəcəyini müəyyən etmək üçün bu iki şey çaşdırıcı ola bilər. Vəhy 20:11-15 cəhənnəmdə odlu gölə atılanları təsvir edir. Vəhy 21-22-ci fəsillər Yeni Yer və Yeni Göyü təsvir edir. Baxmayaraq ki, bu son dirilməyə qədər olacaq. Ölümdən sonra insan “müvəqqəti” cənnət və cəhənnəmdə məskunlaşır. İnsanın əbədi aqibəti dəyişilməyəcək, lakin imanlılar yeni göylərə göndəriləcək (Vəhy 21:1). Ölümdən sonra imansızlar odlu gölə atılacaqlar (Vəhy 20:11-15). Bütün bunlar nəticədir, insanların əbədi taleyi - onların günahlardan azad olmaq üçün İsa Məsihə iman edib-etməmələrindən asılıdır.









Sual: Yenidən doğulmuş məsihçi olmaq nə deməkdir?

Cavab: Yenidən doğulmuş məsihçi olmaq nə deməkdir? Müqəddəs Kitabda bu suala cavab verən nümunəvi hissə Yəhya 3:1-21-dir. Rəbb İsa Məsih məşhur fərisey və Sinedrionun üzvü (yəhudilərin rəisi) olan Nakdimonla söhbət edir. Nakdimon İsanın yanına gecə gəlmişdi. Nakdimonun İsaya sualları var idi.

İsa Nakdimonla söhbət edəndə ona belə dedi, “Doğrusunu, doğrusunu sənə deyirəm: Bir kimsə yenidən doğulmasa, YAHWEHın Səltənətini görə bilməz.” Nakdimon ona dedi, “Bir adam qoca ikən necə doğula bilər? Məgər o, ikinci dəfə anasının bətninə girib doğula bilər?” İsa cavab verdi, “Doğrusunu, doğrusunu sənə deyirəm: Bir kimsə sudan və Ruhdan doğulmasa, YAHWEHın Səltənətinə girə bilməz. Bədəndən doğulan bədəndir, Ruhdan doğulan ruhdur. Sənə: "Yenidən doğulmalısınız", - dediyimə təəccüblənmə...” (Yəhya 3:3-7).

“Yenidən doğulma” ifadəsinin hərfi mənası “yuxarıdan doğulma”dır. Nakdimonun həqiqi ehtiyacı var idi. Onun ürəyinin dəyişilməsinə - ruhən dəyişilməyə ehtiyacı var idi. Yeni doğulma, yenidən doğulmuş olmaq YAHWEHın iman edən kəsə əbədi həyatı verməsidir (2 Korinflilərə 5:17; Titus 3:5; 1 Peter 1:3; 1 Yəhya 2:29; 3:9; 4:7; 5:1-4, 18). Yəhya 1:12,13 göstərir ki, “yenidən doğulma” həmçinin özündə İsa Məsihə iman etməklə “YAHWEHın övladı olmaq” ideyasını daşıyır.

Belə bir məntiqi sual yaranır, “Nə üçün insan yenidən doğulmalıdır?” Həvari Pavel Efeslilərə 2:1-də deyir, “YAHWEH, təqsirləriniz və günahlarınız üzündən ölü olan sizləri də diriltdi...” Romalılara 3:23-də Pavel romalılara yazır, “Hamı günah işlətmiş və YAHWEHın izzətindən məhrum qalmışdır.” Beləliklə, insanın günahlarının bağışlanması və YAHWEHla ünsiyyətinin olması üçün yenidən doğulmağa ehtiyacı var.

Bu necə ola bilər? Efeslilərə 2:8,9 bildirir ki, “Zira YAHWEHın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, YAHWEHın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kim öyünməsin.” Bir kəs “xilas olunanda,” o, yenidən doğulur, ruhən yeniləşir və artıq yenidən doğulma hüququ ilə YAHWEHın övladı olur. Ruhən “yenidən doğulma”nın mənası bizim cəzamızı çarmıxda ölməklə ödəyən İsa Məsihə inamdır. “Buna görə kim Məsihdədirsə, yeni məxluqdur...” (2 Korinflilərə 5:17a).

Əgər sən heç vaxt Rəbb İsa Məsihə öz Xilaskarın kimi güvənməmisənsə, bunu Müqəddəs Ruhun sənin ürəyinə danışması kimi hesab edirsənmi? Sən yenidən doğulmalısan. Bu gün tövbə duasını edib, Məsihdə yeni məxluq olmaq istəyirsənmi? “Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə YAHWEHın oğulları olmaq haqqını verdi. Onlar nə qandan, nə bəşər iradəsindən, nə də kişi istəyindən, ancaq YAHWEHdan doğuldular” (Yəhya 1:12-13).

Əgər sən İsa Məsihi öz Xilaskarın kimi qəbul etmək və yenidən doğulmaq istəyirsənsə, burada bir dua nümunəsi var. Yadda saxla ki, bu və ya digər duanı demək səni xilas etməyəcək. Yalnız Məsihə olan imanın səni günahlardan xilas edə bilər. Bu dua sadəcə imanını Məsihə ifadə etmə və sənin üçün xilası təmin etdiyinə görə minnətdarlıqdır. “YAHWEHım, mən bilirəm ki, Sənə qarşı günah işlətmişəm və bunun əvəzi cəzadır. Lakin İsa Məsih mənim layiq olduğum cəzanı götürüb, ona görə də mən Ona imanla bağışlana bilərəm. Mən günahımdan üz döndərirəm və öz xilasım üçün Sənə güvənirəm. Sənin ecazkar lütfünə və əfvinə - əbədi həyat ənamına görə çox minnətdaram! Amin!”

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.